Bank Of Baku

Xan Şuşinskinin xatirə gecəsi keçirilib

Xan Şuşinskinin xatirə gecəsi keçirilib
# 05 mart 2022 22:19 (UTC +04:00)

Heydər Əliyev Sarayında Xan Şuşinskinin xatirə gecəsi keçirilib.

APA-nın xəbərinə görə, "Şuşa ili” çərçivəsində baş tutan gecədə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Sevinc Sarıyeva, Anar Şuşalı, tanınmış xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak ediblər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşaiyət edib.

Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunub. Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Sarayı “Şuşa ili” çərçivəsində çoxsaylı silsilə tədbirlər hazırlayıb keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR