Bank Of Baku

“Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək

“Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək
# 11 fevral 2015 11:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Fevralın 18-də Nizami Kino Mərkəzində “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film Bakıda keçirilən "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanıb.

 

Nazirlikdən bildiriblər ki, layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanmaqla bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışıblar.

 

Layihə indiyədək Minsk, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş, Bakı, İstanbul və Kəlküttədə keçirilib. Layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, "Belsat" kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR