Bank Of Baku

“Bölgələrdən paytaxta” layihəsinin Abşeron rayonuna həsr olunan təqdimatı keçirilib

“Bölgələrdən paytaxta” layihəsinin Abşeron rayonuna həsr olunan təqdimatı keçirilib
# 29 fevral 2016 19:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsinin növbəti təqdimatı Abşeron rayonuna həsr olunub. APA-nın məlumatına görə, layihəyə həsr olunan tədbir Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 2015-ci ildən icrasına başlanılan “Bölgələrdən paytaxta” layihəsi  Bakı sakinlərini Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi ilə tanış edir: “2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatala rayonlarının Bakı şəhərində təqdimatı keçirilib. Belə tədbirin təşkili Abşeronun daha yaxından tanınmasına, müasir inkişafının təbliğinə təkan verəcək”.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron rayonunun tarixi, müasir inkişafı, sənətkarlıq nümunələri, görkəmli sənətkarları haqqında məlumat verib.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR