Bank Of Baku

“İpək Yolu” festivalı çərçivəsində Cövdət Hacıyevin 100 illik yubileyi qeyd edilib

“İpək Yolu” festivalı çərçivəsində Cövdət Hacıyevin 100 illik yubileyi qeyd edilib
# 29 iyun 2017 15:50 (UTC +04:00)

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun çıxışı ilə başlayıb. 

 

Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib. Tədbirdə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək Cövdət Hacıyevin yaradıcılığı barədə geniş məlumat verib. O, bildirib ki, görkəmli bəstəkarın 100 illik yubileyinin keçirilməsi Azərbaycanın mədəni həyatında böyük hadisədir.

 

Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

 

Sonda Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR