Bank Of Baku

“Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi keçirilir

“Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi keçirilir
# 11 mart 2015 15:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi keçirir.

 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təqdim ediləcək məqalələr mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rəhbərlik edilən və bir sıra aparıcı elmi və ali təhsil müəssisələrinin rəhbərlərinin üzv olduğu komissiya tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqəyə təqdim olunacaq məqalələr analitik xarakterli olmalı və mədəniyyətlərarası dialoq məfhumda mövcud sosial-siyasi və mədəni dəyərlər sisteminin təşviq olunmasına xidmət etməli, yazıların həcmi 3 min sözdən az olmamalı, istifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir.

 

Nazirlikdən bildiriblər ki, müsabiqə 3 kateqoriyalı iştirakçılar arasında - alimlər, tələbələr və kollektiv araşdırmalar keçirilir.

 

Məqalələrin son təqdim etmə müddəti aprelin 20-dəkdir.

 

Mükafat 1-ci yer 3 nəfər (3 kateqoriya üzrə) 1500 manat, 2-ci yer 3 nəfər (3 kateqoriya üzrə) 1000 manat, 3-cü yer 3 nəfər (3 kateqoriya üzrə) 500 manat, 5 nəfər üçün həvəsləndirici mükafatlar 300 manat nəzərdə tutulub.

 

Materiallar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR