Bakı. Cavid Zeynallı – APA. TRT-nin “Sıra səndə” Avropa və “Sıra səndə” Türkiyə mahnı yarışması türk dünyasının telekanalı olan “TRT Avaz”da yayımlanacaq.
TRT-nin Bakı təmsilçiliyindən APA-ya verilən məlumata görə, mahnı yarışması hər həftənin şənbə və bazar günləri Bakı saatı ilə 21.30-da “TRT Avaz” və “TRT Müzik” kanallarında nümayiş olunacaq.
“Sıra səndə” Türkiyə hər həftənin şənbə günləri, “Sıra səndə” Avropa isə bazar günləri Bakı saatı ilə 21.30-01.00 radələrində efirə çıxacaq.