Bakı. Cavid Zeynallı – APA. Braziliyada Azərbaycan bədii filmlərinin nümayişi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, filmlərin nümayişi Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Yerli tamaşaçılar qarşısında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycan mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.
Portuqal dilində altyazılarla “Buta”, “O olmasın, bu olsun”, “Təhminə”, “Çölçü”, “Dərvişin qeydləri”, “40-cı qapı” kimi ümumilikdə 14 Azərbaycan filmi nümayiş olunub.