Bakı. Cavid Zeynallı – APA. Elçin Musaoğlunun “Nabat” bədii filmi Banqladeşdə keçirilən 14-cü Dəkkə Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Nabat”ın yaradıcı heyətinin üzvləri filmin nümayişində və təltifetmə mərasimində iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.