Bank Of Baku

Nazir: “Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında təqaüdə göndərəcəyik”

 Nazir: “Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında təqaüdə göndərəcəyik”
# 25 dekabr 2015 09:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Xalça Muzeyinin direktoru Röya Tağıyevanı yanvar ayında hörmət-izzətlə təqaüdə göndərəcəyik. Onun artıq 71 yaşı var. Bu, təqaüd yaşıdır”.

 

APA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Kollegiya iclasında nazir Əbülfəs Qarayev deyib.

 

Nazir, Röya Tağıyevanın tanınmış və təcrübəli muzey işçisi olduğunu bildirib: “Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. Muzeydə nöqsanlar var idi və biz onların aradan qaldırılması üçün tədbirlər gördük. Bu məsələdə sözsüz ki, rəhbərliyin günahı var idi. Maliyyə məsələlərində, sənədlərdə, əməkdaşların siyahısında çatışmazlıqlar mövcud idi. Amma bütün bunlara baxmayaraq heç kim haray salıb, Xalça Muzeyinin əleyhinə danışmamalıdır. Çünki o muzey bizim nümunəvi muzeydir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR