Bank Of Baku

ABŞ-ın məşhur caz qrupu Bərdədə konsert proqramı ilə çıxış edib - FOTO

ABŞ-ın məşhur caz qrupu Bərdədə konsert proqramı ilə çıxış edib - <span style="color: red;">FOTO
# 29 mart 2014 15:21 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. ABŞ-ın məşhur caz qrupu "Meri Mak Brayd" Bərdədə konsert proqramı ilə çıxış edib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkəmizə gələn musiqiçilər Bakı, Şəki və Zaqataladan sonra Bərdəyə olublar.

 

Öncə onlar Bərdə rayonunun Güloğlular kənd məktəbinin şagirdləri ilə birgə Azərbaycan və Amerika  mahnıları oxuyublar. 

 

Sonra amerikalı qonaqlar yerli caz həvəskarları qarşısında çıxış ediblər. Bərdənin Mərkəzi Mədəniyyət sarayında "Qarabağ şikəstəsi"ylə başlayan konsert amerikalı müğənni Meri Mak Braydın ifası ilə davam edib.

 

Xanım müğənni bildirib ki, Azərbaycana səfəri ürəyincə olub: "Azərbaycana birinci dəfə səfər edirik. Biz Bakı, Şəki, Zaqatala və Bərdədə olduq. Burada bizi yaxşı qarşıladılar. İnsanların bu cür rəftarı çox gözəl təəssürat bağışlayır. Sizin mətbəxiniz də çox gözəldir. Onu da deyə bilərəm ki, Nyu-Yorkda Azərbaycan icması ən böyük icmalardan biridir. Biz onların keçirdiyi tədbirlərindən Azərbaycan mədəniyyəti haqda məlumatlıyıq. Alim Qasımovun Yoyo May ilə birgə keçirdiyi konsert amerikalılar tərəfindən çox bəyənilir".

 

M. Brayd Azərbaycan mahnılarını ifa edə biləcəyindən qürur duyduğunu da bildirib: "Əslində niyə də Azərbaycan mahnısı oxumayım ki? Bayaq da dedim ki, Nyu-Yorkda böyük bir Azərbaycan icması mövcuddur. Demək auditoriya da var. Əsas odur ki, gərək bir az Azərbaycan dilini öyrənim və öz üzərimdə çalışım. Bundan sonra mən məmnuniyyətlə Azərbaycan mahnılarını ifa edərəm".  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR