Bank Of Baku

Afaq Məsudun əsəri “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibi olub

Afaq Məsudun əsəri “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibi olub
# 25 noyabr 2015 13:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun “Mənsur Həllac” əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin üç qalib əsəri sırasında yer alıb.

 

Tərcümə Mərkəzindən APA-ya verilən məlumata görə, bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir.

 

Məktubda qeyd olunub ki, “Mənsur Həllac” əsəri 18 ölkədən olan 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi dekabrın 8-də Türkiyə Mədəniyyət Nazirliyinin “Kiçik teatr” binasında keçiriləcək.

 

Qeyd edək ki, türk dünyasının ilk pyes müsabiqəsi olan “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi” Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib.

 

Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR