Bank Of Baku

Almaniyada “Aserbaidschan” adlı bələdçi kitab nəşr olunub

Almaniyada “Aserbaidschan” adlı bələdçi kitab nəşr olunub
# 27 fevral 2015 12:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Almaniyada Azərbaycanın turizm potensialını əks etdirən “Aserbaidschan” bələdçi kitabı nəşr olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirlik və Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkətin birgə səyi nəticəsində işıq üzü görən kitab 5000 tirajla nəşr edilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin məktubu ilə başlayan kitabda Bakı, Abşeron, UNESCO-nun siyahısına daxil olmuş Azərbaycanın mədəniyyət abidələri, Azərbaycanın milli mətbəxi, mədəniyyəti və əhalisi haqqında ətraflı məlumat verilir.

 

“Aserbaidschan” bələdçi kitabı martın 4-dən 8-dək Berlində keçiriləcək “İTB 2015” beynəlxalq turizm sərgisində təqdim olunacaq. Kitabdan Almaniyada info-turlar zamanı və digər almandilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə istifadə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR