Bank Of Baku

AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib - <span style="color: red;">FOTO
# 31 yanvar 2014 13:40 (UTC +04:00)

Bakı - APA. AMEA Mərkəzi Elmi Kitabxanası Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərgi təşkil edib.

 

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli giriş sözü ilə açaraq, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli Sərəncamını xatırladıb.

 

O, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib: “Hər birimiz M.Ə.Rəsulzadənin keçdiyi həyat yolu, siyasi və ədəbi fəaliyyəti ilə yaxından tanışıq. O, milli istiqlal ideyalarının yayılmasında böyük xidmətlər göstərib”.

 

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə M.Ə.Rəsulzsdənin əsərlərinin toplusu, ona həsr edilmiş kitablar, müxtəlif illərdə qəzet və jurnallarda haqqında dərc edilmiş məqalələr, fotoşəkillər, videomateriallar, virtual görüntülər təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR