Bank Of Baku

Ankarada Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə anım mərasimi keçirilib

Ankarada Bəxtiyar Vahabzadənin 90 illiyi münasibətilə anım mərasimi keçirilib
# 10 dekabr 2015 10:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Ankarada xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə anım mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, TÜRKSOY, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən təşkil olunan tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mənzil-qərargahında keçirilib.

 

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Milli Məclisin deputatı Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər iştirakçılar Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndiriblər.

 

Mərasim çərçivəsində Bəxtiyar Vahabzadənin kitablarından ibarət sərginin açılışı olub.

 

Xatirə tədbirində şairin adını daşıyan orta məktəbin şagirdləri B. Vahabzadənin şeirlərini səsləndiriblər. Xalq artisti Mələkxanım Əyyubova, Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR