Bank Of Baku

Yazıçılar Birliyi, Mahmud Kaşğarlı Fondu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Yazıçılar Birliyi, Mahmud Kaşğarlı Fondu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 17 fevral 2015 11:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yazıçılar Birliyi, Beynəlxalq Mahmud Kaşğarlı Fondu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

AYB-nin mətbuat xidmətinin rəhbəri, fondun sədr müavini Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, əməkdaşlıq müqaviləsi çərçivəsində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüş keçirilib və “AYBKitab” layihəsinin Ukraynada təqdim olunması üçün razılıq əldə olunub: “Əməkdaşlıq çərçivəsində kitabların Ukraynada yayımı təşkil olunacaq, imza günləri keçiriləcək. Qərara alınıb ki, Ukraynada “AYBkitab” stendi təşkil olunacaq və açılışı keçiriləcək, birliyin “AYB.tv” kanalı ilə diaspora məxsus diaspor.tv kanalı arasında yaxından əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi təşkil olunacaq. Layihəyə görə “AYBKitab” seriyasından çıxan kitabların hər üç aydan bir Ukraynada imza günlərinin təşkil edilməsi də nəzərdə tutulub”.

 

X.Rza əlavə edib ki, müqavilənin şərtlərinə əsasən Beynəlxalq Mahmud Kaşğarlı Fondu və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə ədəbiyyat müsabiqələrinin keçirilməsi də qərara alınıb.

 

İmzalanmış əməkdaşlıq müqaviləsi ilə bağlı fevralın 18-də saat 12:00-da Azərbaycan Yazıçılar Birliyində mətbuat konfransı keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR