Bank Of Baku

Azərbaycan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq turizm layihəsinə qoşulub

Azərbaycan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq turizm layihəsinə qoşulub
# 24 dekabr 2015 14:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının Mədəni Marşrut Layihələrindən olan “Yəhudi İrsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən layihəyə hazırkı dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edir.

 

Layihəyə üzv olmaq məqsədilə ilk olaraq nazirlik tərəfindən Azərbaycanda mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanıb. Proqrama paytaxt Bakı ilə yanaşı Qubadakı Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunub. 2016-cı ilin mart ayında Assosiasiyanın ekspertlərinin proqram üzrə Azərbaycana səfəri nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR