Bank Of Baku

Azərbaycan Dövlət YUĞ Teatrında “Boy” tamaşasının premyerası keçiriləcək

Azərbaycan Dövlət YUĞ Teatrında “Boy” tamaşasının premyerası keçiriləcək
# 07 fevral 2015 12:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət YUĞ Teatrında "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında hazırlanmış "Boy" tamaşasının premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir hissəli mifoloji səyahət janrında olan tamaşanın quruluşçu rejissoru Tərlan Əngin, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissoru ƏR-Toğrul, musiqi tərtibatçısı Mələk Vəlizadədir.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanmış tamaşada YUĞ Dövlət Teatrının sənətçiləri - əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Atacan, Könül Cəfərzadə, Amid Qasım, Vüqar Hacı və Elgün Həmid çıxış edirlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR