Bakı. Cavid Zeynallı - APA. Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirin təntənəli açılışı dekabrın 2-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də “1969” Qalereyasında “İnquşetiya: tarix və müasirlik” adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi, dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda İnquşetiya Respublikasının Mədəniyyət Günləri ilk dəfə keçiriləcək.