Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri Nyu-Yorkda bır sıra görüşlər keçirib - FOTOSESSİYA

Azərbaycanın mədəniyyət və turizm naziri Nyu-Yorkda bır sıra görüşlər keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 29 yanvar 2015 14:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nyu-Yorkda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də şəhərin böyük inzibati bölgüsü olan Bruklin rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Erik Adams ötən ilin noyabrında Nyu-Yorkun Bruklin və Bakının Səbail rayonları arasında dostluq və əməkdaşlıq haqqında protokolun imzalandığını deyib, bu qardaşlaşmanın təşəbbüskarı olduğunu diqqətə çatdırıb.

 

2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək üçün Azərbaycana səfər etdiyini xatırladan E.Adams Bakının onun yaddaşında zəngin təəssüratlarla qaldığını, bundan sonra belə bir təşəbbüslə çıxış etdiyini deyib. O, Bruklində çoxlu sayda azərbaycanlının yaşadığını və onların mədəni zənginlikləri ilə rayonun həyatında özünəməxsus rol oynadıqlarını vurğulayıb. Görüşdə Bruklində küçələrin birinin “Bakı”, Bakıda isə bir küçənin “Bruklin” adlandırılması təklifi nəzərdən keçirilib.

 

Nazir Ə.Qarayev Bruklində və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.

 

Nazir Azərbaycanın turizm potensialından da söz açıb və Nyu-Yorkda Azərbaycanın təbliğ edilməsinin önəmini vurğulayıb. Ə.Qarayev E.Adamsı bu ilin mayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

 

Səfər çərçivəsində Ə.Qarayev Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayrla da görüşüb. Görüşdə nazir Azərbaycanın etnik müxtəlifliyi və tolerantlıq ənənələri haqqında söhbət açıb, prezident İlham Əliyevin ölkədə mövcud olan müxtəlif etnik azlıqlara, xüsusilə də yəhudi icmasına göstərdiyi diqqəti qeyd edib.

 

Ravvin M.Şnayr Azərbaycanın tolerantlıq baxımından nümunəvi ölkə olduğunu vurğulayıb. O, Azərbaycanda yəhudi icmasına göstərilən hörmətə və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

 

Görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR