Bank Of Baku

Azərbaycanlı aktyorlar Türkiyədə çəkilən filmdə rol alıblar

Azərbaycanlı aktyorlar Türkiyədə çəkilən filmdə rol alıblar
# 22 fevral 2016 12:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanlı aktyorlar Kamran Ağabalayev və Könül Nağıyeva növbəti dəfə Türkiyə istehsalı olan filmdə rol alıblar. APA-nın məlumatına görə, ssenari müəllifi və rejissoru Korhan Uğur olan film komediya janrındadır.

 

Ekran əsərində Emir Benderlioğlu, Ceren Benderlioğlu, Erol Aksoy, Yüksel Ünal, Aydan Burhan, Barış Kıralioğlu, Levent Ülgen, Mete Horozoğlu ilə bərabər Kamran Ağabalayev, Könül Nağıyeva rol alıblar.

 

K. Ağabalayev Kamuran obrazını, K. Nağıyeva isə Gönül obrazını canlandırıb.

 

Qeyd edək ki, bu, azərbaycanlı aktyorların Korhan Uğurla ilk iş birliyi deyil. Ötən il lentə alınan “Tərkedilmiş” filmində K. Ağabalayev və K. Nağıyeva baş rolları ifa ediblər.

 

Filmin Qala gecəsi aprelin 15-də İstanbulda keçiriləcək. Azərbaycanda isə təqdimatın may ayının əvvəlində təşkil olunması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR