Bank Of Baku

Azərbaycanlı ifaçı Jalə Kərimova beynəlxalq festivalın laureatı olub

Azərbaycanlı ifaçı Jalə Kərimova beynəlxalq festivalın laureatı olub
# 11 aprel 2015 15:02 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. Moskva Dövlət Konservatoriyası nəzdində akademik musiqi kollecinin tələbəsi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvü Jalə Kərimova P.İ.Çaykovskinin 175 illiyinə həsr edilmiş “Bequşşaya volna” uşaq və gənclər yaradıcılığı beynəlxalq festival-müsabiqəsinin laureatı olub.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Moskva musiqi məktəblərinin yetirmələrinin iştirak etdiyi festivalda gənc skripkaçı Manuel de Falın “İspan rəqsi”ni ifa edib. Festival-müsabiqənin iştirakçılarını qiymətləndirən münsiflər heyətinə Rusiyanın tanınmış mədəniyyət xadimləri, A.Q.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun müəllimləri daxil olub.

 

Festivalın sonunda təşkil edilmiş qala-konsertdə Jalə Kərimova “İspan rəqsi”ni bir daha ifa edib. Ona “P.İ.Çaykovski və Moskva” muzeyinin fəxri diplomu təqdim edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR