Bank Of Baku

Bakı Dövlət Sirkində “Hepardlar adası” proqramının çıxışları olacaq

Bakı Dövlət Sirkində “Hepardlar adası” proqramının çıxışları olacaq
# 23 fevral 2016 14:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Martın 18-də Bakı Dövlət Sirkində “Hepardlar adası”adlı yeni sirk proqramının çıxışları başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Böyük Moskva Sirkindən dəvət olunmuş proqrama bütün dünya sirklərində yeganə olan “Bəbirlər attraksionu” da daxil edilib.

 

Bundan başqa, 2 saat davam edən proqramda tamaşaçılar “Kenqurunun məhəbbəti”, möhtəşəm illuziya şousu, əhliləşdirilmiş heyvanlar, “Hava şarında gəzinti”, “Sehrli kubiklər”, həlqələrlə rəqs, hava nömrələri, korde-balet, akrobat klounların maraqlı nömrələrini izləyə biləcəklər.

 

Proqram gündə 2-3 tamaşa olmaqla bayram və istirahət günləri fasiləsiz nümayiş etdiriləcək və mart ayının sonuna kimi Bakıda olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR