APA-nın məlumatına görə, tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə nazirliyin "Milli irs mükafatı" 2014-cü il üzrə nominantlarının mükafatlandırma və "PAŞA Həyat Sığorta" ASC və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çııxş edərək bildirib ki, Azərbaycan həm mədəni irs, həm də qeyri-maddi mədəni irs abidələri ilə dünya mədəniyyətinin xəzinəsinə öz töhvəsini verib: "Dünyanın nüfuzlu təşkilatları tarixi abidələrin qorunması istiqamətində Azərbaycanın təkliflərini daim diqqətdə saxlayır".
Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustavo Araoz çıxışında Azərbaycanda olmaqdan məmnun olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, son illərdə ölkədə tarixi abidələrin qorunması istiqamətində böyük işlər görülüb: "İnanıram ki, Azərbaycan dövlətinin dəstəyi ilə bu işlər davam edəcək. Biz tarixi abidələrin qorunması istiqamətində sizə öz köməkliyimizi hər zaman edəcəyik".