Bank Of Baku

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib

Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib
# 28 mart 2015 09:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, xarici qonaqlar iştirak ediblər.

                              

YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisi və bədii rəhbəri Aida Mahmudova bildirib ki, YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir və yeni mərkəzdə müasir Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələrinin rəssamlarının əsərləri sərgilənəcək.

 

Açılış mərasimi münasibətilə qonaqlara “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunub.

 

“Şirin Neşat: Gözlərimin evi” sərgisi iyunun 23-dək davam edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR