Bank Of Baku

Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
# 07 mart 2015 10:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Martın 11-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

 

APA-nın məlumatına görə, incəsənət ustaları əvvəlcə B.Səfəroğlunun Fəxri Xiyabanda məzarını ziyarət edəcəklər.

 

Martın 13-də isə Mərdəkan mədəniyyət sarayında xalq artistinin həyat və fəaliyyətinə həsr edilmiş tədbir təşkil olunacaq.

 

Tədbirdə Bəşir Səfəroğlunun iştirak etdiyi klassik operettalardan, dramaturq və bəstəkarların musiqili komediyalarında yaratdığı müxtəlif xarakterli səhnə əsərlərindən fraqmentlər nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR