Bank Of Baku

Bilik Fondu "Ev kitabxanası" üçün yeni dörd müəllifin kitabını alıb

Bilik Fondu "Ev kitabxanası" üçün yeni dörd müəllifin kitabını alıb
# 30 noyabr 2015 10:12 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun “Ev kitabxanası” layihəsi çərçivəsində səkkiz müəllifin kitabları alınıb. Fonddan APA-ya verilən məlumata görə, müasir yazarların elmi və ədəbi kitablarının oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilən layihə ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

 

Ədəbiyyatın cəmiyyətin inkişafında böyük rol oynadığını nəzərə alıb gənc nəslin maariflənməsinə xidmət edən “Ev kitabxanası”na Qan Turalının "9 hekayə", Aydın Talıbzadənin “Əbuhübb”, Nəriman Əbdülrəhmanlının “Qurban”, Kənan Hacının “Yaddaş kartı”, Ömər Xəyyamın “Sayrışan hallar”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”, Alikin “Günəş qalib gəldi”, İkinci Mahmudun “Ümid arısı” kitabları daxil olub.

 

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR