Bank Of Baku

Bilik Fondu Horadizdə Milli Qəhrəman Mübariz İbrahimovun anım gününü keçirib

Bilik Fondu Horadizdə Milli Qəhrəman Mübariz İbrahimovun anım gününü keçirib
# 10 fevral 2015 14:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Prezident yanında Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsi Ləman Əliyevanın təşəbbüsü ilə rayon məktəbliləri Horadiz şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Vətən, səndən keçmək olmaz!” adlı bədii kompozisiya keçiriblər.

 

Fonddan APA-ya verilən məlumata görə, L.Əliyeva Fondun Azərbaycan tarixinin təbliğində, milli qəhrəmanlarımızın tanıdılmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında gördüyü işlərdən danışıb, həyata keçirilən layihələr haqqında məlumat verib.

 

Tədbirdə Horadiz şəhər 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş şeir və kompozisiyalarla çıxış ediblər. İştirakçılara Mübarizin qəhrəmanlığını əks etdirən videolent nümayiş olunub.

 

Tədbirdə Füzuli rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi məsələlər üzrə müavini Kəmalə Məmmədova, təhsil şöbəsinin nümayəndəsi Elman Rzayev, Horadiz şəhər icra nümayəndəliyinin sədri Natiq Ağayev, müharibə veteranları və məktəblilər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR