Bank Of Baku

Bilik Fondunda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu keçirilib

Bilik Fondunda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu keçirilib
# 31 yanvar 2015 15:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondunda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu tədbiri keçirilib.

 

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Türkiyə, Qazaxıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və Almaniyadan məşhur qorqudşünaslar, türkoloqlar, nəşriyyat rəhbərləri, araşdırmaçılar iştirak edib.

 

Fonddan bildiriblər ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev kollokviumda dünya səviyyəli qorqudşünasların iştirakını yüksək qiymətləndirərək, alimlərin səsləndirəcəyi təkliflərin “Kitabi-Dədə Qorqud” dastanının araşdırılması və təbliğat işinə böyük töhfələr verəcəyini vurğulayıb.

 

Kollokviumda elm adamlarının təklifləri əsasında aparılan fikir mübadiləsinin nəticələri ümumiləşdirilərək "Kitabi-Dədə Qorqud” dastanının həm ölkə daxilində, həm də xaricdə hərtərəfli tanıdılması məqsədi ilə 2015-ci ilboyu keçiriləcək tədbirlərin proqramı müəyyənləşdirilib, təşkilat komitəsi və işçi qrupu yaradılıb.

 

Qonaqlar günün ikinci yarısı Dədə Qorqud parkında olublar. Onlara parkın yaradılması ilə bağlı geniş məlumat verilib.

 

Kollokviumun yekun tədbiri Bakı Slavyan Universitetində olub. Müxtəlif universitet tələbələrinin iştirakı ilə keçirilən toplantıda kollokvium iştirakçıları prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

 

Həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti və Yunus Emre Enstitüsü arasında birgə əməkdaşlıq sazişi imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR