Bank Of Baku

Dövlət Musiqili Teatrında “Əliqulu evlənir” əsəri səhnəyə hazırlanır

Dövlət Musiqili Teatrında “Əliqulu evlənir” əsəri səhnəyə hazırlanır
# 05 fevral 2015 08:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında Sabit Rəhmanın “Əliqulu evlənir” əsəri səhnəyə hazırlanır.

 

Teatrdan APA-ya verilən məlumata görə, səhnə əsərinə xalq artisti İlham Namiq Kamal quruluş verəcək.

 

İlham Namiq Kamal eyni zamanda tamaşanın liberetto müəllifidir. “Əliqulu evlənir” illər öncə yazılsa da, onda günümüzlə səsləşən bir çox məqamlar var. Mən bu əsərin liberettosunu işləyərkən bütün bunları nəzərə aldım və yeni bir iş ortaya çıxarmağa çalışdım”, - deyə rejissor bildirib.

 

Tamaşanın bəstəkarı xalq artisti Oqtay Rəcəbov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeystrləri Yelena və Zakir Ağayevlər, xormeystri Vaqif Məstanovdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR