Bank Of Baku

Əbülfəs Qarayev: “İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi” - FOTOSESSİYA - VİDEO

Əbülfəs Qarayev: “İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi” - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş konfrans öz işinə başlayıb.

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər ziyalılar, mədəniyyət xadimləri iştirak edir.

 

Nazir Ə.Qarayev konfransda çıxış edərək bildirib ki, son illərə sözügedən sahənin inkişafı, vahid sistemin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb: “2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasına qədər ölkə ərazisində olan qoruqların vahid xəritəsi mövcud olmayıb. Bunu tək mən demirəm. Nazirlər Kabinetində də, Azərbaycan Milli Elmlər Akademiyasında da bu faktı bilirlər. Bu günə kimi biz 100-dən artıq abidənin pasport və xəritəsini hazırlamışıq. Vaxtilə İçərişəhər dünya mədəni irs siyahısından çıxarılmaq təhlükəsi ilə üz-üzə idi. Bu problemlər olub və onu etiraf etməliyik. Amma son illərdə dövlət səviyyəsində aparılan tədbirlər İçərişəhərin qorunub saxlanılmasında böyük addım oldu. Bu gün İçərişəhər nümunəvi məkandır və biz onunla fəxr edirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR