Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaşda vətəndaşların qəbulunu keçirəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Nazirlikdən bildiriblər ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşların həmçinin qeyd olunan şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.