Bank Of Baku

Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
# 11 fevral 2015 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoranı qəbul edib. 

 

Nazirlikdən APA-ya verilən məlumata görə, Macarıstanla əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edən nazir mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib.

 

Görüşdə bu ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

Səfir J. Çutora Azərbaycan-Macarıstan mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR