Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkirdə vətəndaşları qəbul edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.