Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunisin Milli Bardo Muzeyinə edilmiş terror hücumu ilə bağlı Tunisin mədəniyyət naziri Lətifə Lakdara başsağlığı məktubu göndərib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda martın 17-də muzeyə edilmiş terror hücumu pislənilib və hadisə zamanı qətlə yetirilmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verilib. Vurğulanıb ki, muzey mədəniyyətlərin dialoqu və yaxınlaşması üçün bir məkandır və ekstermistlərin bu cinayəti mədəniyyətə qarşı hücumdur.