Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Mədəniyyət və Turizm Nazirliyi ilə sözügedən muzey arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, muzeydə Azərbaycana aid saxlanılan xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci il Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi barədə müzakirələr aparılıb.
Görüşün sonunda Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumununda iştirak etmək üçün Martin Rotu Bakıya dəvət edib.