Bank Of Baku

Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Tranströmer vəfat edib

Ədəbiyyat üzrə Nobel mükafatçısı Tomas Tranströmer vəfat edib
# 28 mart 2015 07:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. 2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən İsveç şairi Tomas Tranströmer vəfat edib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 83 yaşlı şair öz evində dünyasını dəyişib. 

 

Şairin ədəbi agenti Anna Tillgren bildirib ki, T. Tranströmer bir müddət idi xəstəlikdən əziyyət çəkirdi. 1990-cı ildə keçirdiyi beyin insultundan sonra şair nitq və hərəkət qabiliyyətini qismən itirib.

 

2011-ci ildə İsveç Kral Akademiyası Nobel mükafatına T. Tranströmerin layiq görülməsini onu “reallığa yeni baxış olan qısa, şəffaf, mənalı obrazlar” yaratması ilə əsaslandırıb.

 

T. Tranströmerin əsərləri 50-dən çox dilə, o cümlədən, bir neçə şeiri Azərbaycan dilinə tərcümə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR