Bank Of Baku

Eldar Əliyev Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib

Eldar Əliyev Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib
# 29 yanvar 2016 13:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Sankt Peterburq şəhərindəki Mariinsk Teatrının rəhbəri Valeri Gerqiyev Eldar Əliyevi teatrın Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri təyin edib.

 

APA-nın xəbərinə görə, bu barədə “vestikavkaza.ru” saytında məlumat verilib.

 

Eldar Əliyev 1957-ci ildə Bakıda anadan olub. Burda Xoreoqrafiya Məktəbini bitirdikdən sonra 1974-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləməyə başlayıb. Sonra Sankt Peterburqa köçən E. Əliyev o vaxt Kirov adına olan indiki Mariinski Teatrında aparıcı solist vəzifəsində çalışıb. 2006-cı ildən başlayaraq Avropa, Asiya və Afrikadakı balet akademiyaları və qruplarında məsləhətçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR