Bakı. Cavid Zeynallı – APA. XIX əsrdə yaşayan Azərbaycan şairi Mirzə İsmayıl Qasirin 210 illik yubileyinə həsr edilmiş “Axundzadə Mirzə İsmayıl Qasir 210” kitabı AMEA Əlyazmalar İnstitutu tərəfindən nəşr edilib. İnstitutdan APA-ya verilən məlumata görə, “Şərq-Qərb” nəşriyyatında çapdan çıxan kitaba daxil edilən M.İ.Qasirin həyat və yaradıcılığı haqqında monoqrafiya filologiya üzrə fəlsəfə doktoru Aybəniz Rəhimovaya məxsusdur.
Qasirin şeirlərini müasir əlifbaya transliterasiya edənlər institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Tahirə Mirzəliyevadır.
Farsca şeirlərin tərcüməçisi Məmmədağa Sultanovdur.
Qeyd edək ki, ədibin irsini ilk dəfə toplayan A. M. Qasirin nəvəsi İshaq Axundov olub.
Kitabın tərtibatçısı isə şairin nəticəsi, tarix elmləri doktoru Tufan Axundovdur.