Bakı-APA. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli bu ilin fevral ayının 23-dən martın 17-dək Amerika Birləşmiş Ştatlarının Florida ştatının şəhərlərində 17 konsert proqramı ilə çıxış edəcək.
BMA-dan APA-ya bildirilib ki, F. Bədəlbəylini məşhur violonçelist Dmitri Yablonskinin rəhbərliyi altında Yerusəlim simfonik orkestri dəvət edib. Proqrama S.Prokofyevin fortepiano və orkestr üçün 1 saylı konserti və A.Çaykovskinin “Xocalı” hüznlü musiqisi salınıb. Konsertdə həmçinin əməkdar artist, Azərbaycan Milli Konservatoriyanın baş müəllimi, tarzən Sahib Paşazadə də iştirak edəcək.