Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açılıb

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açılıb
# 07 mart 2016 16:20 (UTC +04:00)

APA-nın məlumatına görə, "Qalereya 1969" sərgi salonunda keçirilən sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, rəssam Sakit Məmmədov və başqaları iştirak ediblər. 

 

Ə. Vəliyev bildirib ki, R. İsmayıl istedadlı rəssam kimi həm Gürcüstanda, həm də Azərbaycanda tanınır, onun əsərləri müxtəlif sərgi salonlarında nümayiş olunur: "Rizvanın əsərləri son dərəcə gözəldir və insanı düşünməyə vadar edir. Ümid edirəm ki, Rizvan İsmayılın əsərləri müxtəlif sərgi salonlarında nümayiş olunacaq. Mən Rizvanı ürəkdən təbrik edirəm və ona yaradıcılıq uğurları arzu edirəm". 

 

Ə. Amaşov isə Gürcüstan-Azərbaycan mədəni əlaqələrindən danışıb, sərgini iki ölkə arasında mədəni münasibətlərin növbəti uğuru kimi dəyərləndirib. 

 

Tədbirdə çıxış edən rəssam S. Məmmədov, Gürcüstan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənov R. İsmayılın yaradıcılığı haqqında fikirlərini bildiriblər, onun əsərlərini özünəməxsus sənət nümunəsi kimi dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR