Bank Of Baku

Heydər Əliyev Fondu Moskvada kimsəsiz uşaqlar üçün şənlik təşkil edib

Heydər Əliyev Fondu Moskvada kimsəsiz uşaqlar üçün şənlik təşkil edib
# 18 dekabr 2015 13:12 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada uşaq evləri və internat məktəblərinin sakinləri üçün şənlik təşkil edib. 

 

APA-nın məlumatına görə, Rusiyanın əməkdar artisti Aleksandr Oleşko şənlikdə uşaqlara müraciət edərək bildirib ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ənənəyə görə ildə bir dəfə Moskvadakı “Bakı” kinoteatrında yolka bayramı təşkil edir:

 

“Heydər Əliyev Fondu çox xeyirxah işlər görür, xeyriyyə layihələri həyata keçirir. Mən özüm də belə tədbirlərin bir neçəsində iştirak etmişəm və çox şadam ki, xeyirxah işlərin görülməsinə adi bir insan və artist kimi imkan daxilində töhfə vermişəm". 

 

Bayramda 500-dən çox uşaq – general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331 nömrəli gürcü etno-mədəni təmayüllü məktəbin şagirdləri, Moskvadakı uşaq evlərində tərbiyə alan balacalar iştirak edib. 

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova qeyd edib ki, tədbir üçün hər il təcrübəli artistlər dəvət edilir, tədbirin ssenarisi və xüsusi effektləri müzakirə olunur və bütün işlər Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın nəzarəti altında keçirilir.

 

Şənlikdə  “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Fototeatr” attraksionu və başqa interaktiv proqramlar təqdim olunub.

 

Qeyd edək ki, şənlik Ümumrusiya Azərbaycanlılar Konqresi ilə birgə təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR