Bank Of Baku

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinə yeni müdir təyin olunub

İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinə yeni müdir təyin olunub
# 19 yanvar 2016 13:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinə yeni rəhbər təyin olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin və İmişli rayon İcra Hakimiyyətinin birgə qərarına əsasən, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsinə Nazim Əzimov təyin edilib.

 

N.Əzimov bunadək İmişli rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov bir müddət əvvəl vəzifəsindən azad olunub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR