Bank Of Baku

İstiqlal Muzeyində Cəfər Kavianın 120 illiyinə həsr olunan sərgi-tədbir təşkil olunub - FOTOSESSİYA

İstiqlal Muzeyində Cəfər Kavianın 120 illiyinə həsr olunan sərgi-tədbir təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 03 aprel 2015 14:10 (UTC +04:00)


Bakı. Cavid Zeynallı – APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “İşıqlanan yaddaş” adlı tədbir-sərgi təşkil olunub.

 

APA-nın məlumatına görə, Cənubi Azərbaycanda yaranmış “21 Azər” milli-azadlıq hərəkatının fəal iştirakçısı, müdafiə naziri, general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunan tədbirdə ilk dəfə olaraq generalın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər və sənədlər nümayiş olunub.

 

İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Cəfər Kavianın oğlu Marks Kavian, Əlyazmalar İnstitutunun mətbuat katibi Sərvan Kərimov, Südabə Qəhrəmanova və başqaları çıxış edərək, generalın həyat və yaradıcılığından, Azərbaycan Demokratik Partiyası və Milli Məclisdəki xidmətlərindən danışıblar.

 

Xatirə tədbirində qeyd olunub ki, C. Kavian haqqında indiyədək çap olunan xatirə yazıları toplanaraq kitab şəkilində çap olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR