Bank Of Baku

İstiqlal Muzeyində Əliağa Şıxlinskinin yubileyi münasibəti ilə tədbir-sərgi təşkil olunub - VİDEO

İstiqlal Muzeyində Əliağa Şıxlinskinin yubileyi münasibəti ilə tədbir-sərgi təşkil olunub - <span style="color: red;">VİDEO
# 21 aprel 2015 10:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibəti ilə “Generalın yolu” adlı tədbir-sərgi təşkil olunub.

 

APA-nın məlumatına görə, sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər tamaşaçılara təqdim olunub.

 

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Əliağa Şıxlinskinin qohumu Ziya Şıxlinski, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov və digərləri Ə. Şıxlinskinin keçdiyi həyat yolundan, Azərbaycan hərb tarixindəki rolundan danışıblar.

 

Mərasimdə rejissor Ziya Şıxlinskinin Ə.Şıxlinskiyə həsr etdiyi sənədli film nümayiş olunub, xalq rəssamı, heykəltəraş Xanlar Əhmədovun müəllifi olduğu Ə.Şıxlinskinin büstünün təqdimatı keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR