Bakı. Cavid Zeynallı – APA. İsveç Krallığının Bakıdakı müvəqqəti işlər vəkili Tomas Danestad Azərbaycan Dövlət Musiqli Teatrında olub.
Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, T. Danestad Dövlət Musiqli Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə görüşüb.
Görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Ə. Lalayev Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin ölkə teatr sənətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün mühüm işlər gördüyünü vurğulayıb.
Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveç Krallığına dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə, qarşılıqlı səfər və qastrolların təşkilinə toxunulub.
Teatrın direktoru Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının azərbaycanlı mütəxəssislər tərəfindən İsveç teatrlarından birində hazılanmasını təklif edib.