Bank Of Baku

Kiyevin Borispol Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib

Kiyevin Borispol Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib
# 20 may 2017 11:44 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan mədəniyyət günü keçirilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları nümayiş etdirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək Azərbaycanın inkişaf edərək qərblə şərqin multikulturalizm mərkəzinə çevrildiyini bildirib, turistləri odlar yurduna səyahət etmək fürsətini əldən verməməyə çağırıb.

 

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy, Borispol Beynəlxalq Hava Limanının baş direktoru Pavel Ryabkin və Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Svetlana Podlesna çıxışlarında Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdən danışaraq Azərbaycanı tolerantlıq və multikultural dəyərlərin vətəni adlandırıblar.

 

Tədbir Azərbaycan və Ukrayna ifaçılarının konserti, Azərbaycan milli rəqs ansamblının ifaları ilə davam edib, milli mətbəx nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR