Bank Of Baku

Kukla Teatrında yeni tamaşanın premyerası keçiriləcək

Kukla Teatrında yeni tamaşanın premyerası keçiriləcək
# 09 dekabr 2015 12:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabrın 20-də yeni tamaşanın premyerasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azyaşlı tamaşaçılar rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izləyəcəklər.

 

Gənc rejissor Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsəri canlı plan və kukla oyununun vəhdətində təqdim ediləcək.

 

Birhissəli uşaq tamaşasının bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

 

Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov, Cavid Telman, Samirə Nəcəfova, Elmira Hüseynova, Elnarə Hacıyeva və Araz Həsənov ifa edirlər.

 

Qeyd edək ki, teatr uşaqların qış tətili və Yeni il bayramı günlərində də “Yatmış gözəl” tamaşa ilə çıxış edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR