Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu təşkilatçılığı ilə baş tutacaq İkinci Beynəlxalq “Caz karuseli” adlı beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunmaq üçün dəvət alıb.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 24-29 fevral tarixlərində baş tutacaq beynəlxalq müsabiqənin təşkilində məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq və onların fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Öz ətrafına müxtəlif ölkələrdən yüzlərlə istedadlı uşaq və gənci toplayacaq müsabiqənin münsiflər heyətində Rusiyanın tanınmış incəsənət xadimləri və pedaqoqları təmsil olunacaq.