Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyətini qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qırğızıstan nümayəndə heyətini qəbul edib
# 20 dekabr 2013 13:33 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yazıçısı Çingiz Aytmatovun 85 illik yubiley tədbirində iştirak etmək üçün Bakıya gələn Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov, yazıçının oğlu Askar Aytmatov və kinorejissor, SSRİ xalq artisti Bolotbek Şamşiyevi qəbul edib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrdən söhbət açan Ə.Qarayev bildirib ki, hər iki ölkənin nazirlikləri arasında əlaqələr genişdir.

 

Nazir əlavə edib ki, türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun yubiley tədbirləri təkcə Qırğızıstanda, ona qonşu ölkələrdə deyil, postsovet məkanının bütün türkdilli ölkələrində keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR