Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi Londonda beynəlxalq kitab sərgisində təmsil olunacaq

Mədəniyyət və Turizm Nazirliyi Londonda beynəlxalq kitab sərgisində təmsil olunacaq
# 17 fevral 2015 10:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Londonda keçiriləcək beynəlxalq kitab sərgisində təmsil olunacaq.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, aprelin 14-dən 16-dək keçiriləcək sərgidə Azərbaycanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına həsr olunmuş kitab və reklam çap məhsulları, “Hədəf” və “Qələm” nəşriyyatının kitabları, habelə “Bakı-2015” Avropa Oyunları haqqında informasiyaların əks olunduğu broşür və bukletlər nümayiş etdiriləcək.

 

Sərgidə 100-ə yaxın ölkə və 400-dən çox nəşriyyatın iştirak edəcəyi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR